“Sevilya”nın futbolçusu HƏBS OLUNDU

“Sevilya”nın futbolçusu HƏBS OLUNDU

Hazırda oxunan: “Sevilya”nın futbolçusu HƏBS OLUNDU

230028

"Sevilya"nın futbolçusu Kike Salas mərc dələduzluğuna görə həbs olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 
 

Müdafiəçi dostlarının mərc oyunlarında pul qazanması üçün bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir.


22 yaşlı ispaniyalı futbolçudan əlavə ona yaxın olan daha iki gənc barəsində istintaq aparılır. İstintaq qeyri-qanuni mərc oyunlarına qarşı mübarizə üzrə ixtisaslaşmış milli polis bölməsi tərəfindən aparılır. Bu, ötən mövsümün son oyunları ilə bağlıdır. 

Salas 2023/24 mövsümündə 10 sarı vərəqə alıb. Onların 7-ni o, son 9 oyunda alıb.

Qeyd olunur ki, Kike Salas 6 aydan 3 ilə qədər həbs cəzası ala bilər. O, bu mövsüm "Sevilya"nın heyətində 16 matça çıxıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO