Paris Olimpiadasının iştirakçıları 100-dən çox qüsurlu medalı geri qaytarıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “La Lettre” nəşri məlumat yayıb.
Fransız nəşri yazıb ki, buna səbəb Paris Sikkəxanasının mükafatların hazırlanmasında istifadə etdiyi keyfiyyətsiz lakdır.
Qeyd edilib ki, daha əvvəl Oyunlarda mükafat alan bəzi idmançılar sosial şəbəkələrdə medallarının üst qatının silinməsindən şikayət edirdilər.
Xatırladaq ki, ötən il iyulun 26-da star götürən olimpiada avqustun 11-də başa çatıb.
Bizim.Media