"Real"n baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 12-ci turunun "Valensiya" ilə oyununda (2:1) hücumçu Vinisius Juniorun qırmızı vərəqə almasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, 79-cu dəqiqədə braziliyalı futbolçu rəqib qapıçısı Stole Dmitrievskini itələyərək yerə yıxıb və buna görə qırmızı vərəqə alıb.Oyundan sonra keçirilən mətbuat konfransında Ançelotti bu barədə danışıb. O, hakim qərarı ilə razılaşmadığını və apellyasiya şikayəti edəcəklərini deyib:
“Bu, qırmızı vərəqə deyil. Biz pellyasiyaya müraciət edəcəyik.
Qapıçı onu itələdi və Vini cavab verdi. Hər ikisi üçün sarı vərəqə olmalı idi, vəssalam”.
Qeyd edək ki, "Real" "Valensiya"ya qalib gələrək xallarını 43-ə çatdırıb və liderliyə yüksəlib.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:39 / 04.01.2025
"Real" etiraz edir
Hazırda oxunan: "Real" etiraz edir
Hazırda oxunan: "Real" etiraz edir
228467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.