Azərbaycanlı cütlük Dünya çempionatında 12-ci oldu - YENİLƏNİB

Azərbaycanlı cütlük Dünya çempionatında 12-ci oldu - YENİLƏNİB

Hazırda oxunan: Azərbaycanlı cütlük Dünya çempionatında 12-ci oldu - YENİLƏNİB

22706

Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında çıxışlarını başa vurub.

Bizim.Media xəbər verir ki, təsnifat mərhələsini 20.650 xalla tamamlayan cütlük yekun sıralamada 12-ci olub. Bu nəticə isə finala yüksəlmək üçün kifayət etməyib.

***

Bakıda aerobika gimnastikası üzrə Dünya çempionatı davam edir.

Bizim.Media-nın məlumatına görə, bu gün qarışıq cütlük, fərdi kişilər, aerodans və qrup proqramında təsnifat, üçlük, fərdi qadınlar və aerodans növlərində isə final görüşləri keçiriləcək.

Azərbaycanı kişilərin fərdi yarışında Vladimir Dolmatov, qarışıq cütlükdə Mədinə Mustafayeva - Vladimir Dolmatov, qrup yarışlarında Vladimir Dolmatov, İmran İmranov, Nərminə Hüseynova, Xoşqədəm Quliyeva, Balaxanım Əhmədova, aerodansda isə Elçin Məmmədov, İmran İmranov, Nərminə Hüseynova, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nigar İbrahimbəyli, Akif Kərimli və Ayxan Əhmədli təmsil edəcək.

Qeyd edək ki, ilk gündə fərdi proqramda çıxış edən Nurcan Cabbarlı 17.600 xalla 24-cü olub və finala yüksələ bilməyib. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO