“Qarabağ”ın qış hazırlıq planı BƏLLİ OLDU

“Qarabağ”ın qış hazırlıq planı BƏLLİ OLDU

Hazırda oxunan: “Qarabağ”ın qış hazırlıq planı BƏLLİ OLDU

226598

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb. 

Ağdam klubu 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək. 
 

Misli Premyer Liqasının XVIII turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan Qurban Qurbanovun yetirmələri 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər. Komandanın hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazasında baş tutacaq.


Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Qarabağ” yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzə gələcək.

Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-19-da keçiriləcək XIX turun matçları ilə başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO