“Sumqayıt” komandası iki futbolçusu ilə yollarını ayırıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Fernando Medeyros və Azərbaycan millisinin üzvü Rəhim Sadıxov “kimyaçılar”ı tərk ediblər.
Zədəli olan F.Medeiros baş məşqçi Vaqif Cavadovun istəyilə komandadan göndərilib. Futbolçu özü də “Sumqayıt”da qalmaq istəmədiyini bildirib. R.Sadıxov isə “Turan Tovuz”la anlaşıb.
“Transfer pəncərəsi” açıldıqdan sonra onunla rəsmi müqavilə imzalanacaq.
“Sumqayıt”la sözləşməsi başa çatan ekvadorlu hücumçu Cordan Rezabalanın komandada qalıb-qalmayacağı isə hələlik dəqiq deyil. Futbolçu ailəsi ilə danışdıqdan sonra yekun qərarını verəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:24 / 23.12.2024
“Sumqayıt” klubu iki futbolçu ilə yollarını ayırdı
Hazırda oxunan: “Sumqayıt” klubu iki futbolçu ilə yollarını ayırdı
Hazırda oxunan: “Sumqayıt” klubu iki futbolçu ilə yollarını ayırdı
226576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.