"Kəpəz" "Sumqayıt"la bərabərə qaldı

"Kəpəz" "Sumqayıt"la bərabərə qaldı

Hazırda oxunan: "Kəpəz" "Sumqayıt"la bərabərə qaldı

226231

Bu gün Misli Premyer Liqasında 18-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk gündə 1 oyun keçirilib. "Kəpəz" "Sumqayıt"ı qəbul edib.

Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Matçı FİFA referisi Kamal Umudlu idarə edib.

Hazırda Gəncə klubu turnir cədvəlində 11 xalla 9-cudur. "Sumqayıt" isə 20 xalla 6-cı pillədə qərarlaşıb.

Bu komandalar arasında 1-ci dövrənin oyunu "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ötən gün "Qarabağ" 3-cü turdan təxirə salınan "Şamaxı" ilə matçda minimal hesabla qalib gələrək "Araz Naxçıvan"la arasındakı xal fərqini 5-ə qaldırıb. Bununla da komanda 2024-cü ilin son turunda onların öz arasında keçirəcəyi matçın nəticəsindən asılı olmayaraq, Premyer Liqada qış çempionluğunu təmin edib.

20 dekabr


16:00.“Kəpəz” – “Sumqayıt” - 0:0

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov


VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Tovuz şəhər stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO