Zinəddin Zidan “Real Madrid”in baş məşqçisi postundan ayrıldı

Zinəddin Zidan “Real Madrid”in baş məşqçisi postundan ayrıldı

Hazırda oxunan: Zinəddin Zidan “Real Madrid”in baş məşqçisi postundan ayrıldı

22603

Futbol üzrə Fransa milli komandasında keçmiş dünya çempionu olan Zinəddin Zidan İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi postundan ayrılıb.

Bizim.Media xəbər verir ki, buu barədə kral klubunun saytı məlumat yayıb.

2018-ci ildə “Real Madrid”in Çempionlar Liqasındakı qələbəsindən sonra Zidan məşqçi postundan ayrılmışdı, lakin növbəti ilin yazında yenidən komandaya rəhbərlik etmişdi.

Bundan əvvəl mətbuatda italiyalı Massimiliano Allegrinin Zidanın “Real Madrid”dəki yerini ala biləcəyi yazılsa da, sonradan italiyalı mütəxəssisin “Yuventus”un sükanı arxasına keçəcəyi bildirildi.

“Real Madrid”in baş məşqçisi kimi Zinəddin Zidan üç dəfə Çempionlar Liqasını, iki dəfə İspaniya Çempionatı, ölkənin Super Kubokunu, Klublar arasında Dünya Kubokunu və UEFA Super Kuboku qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO