Fransa millisinin müdafiəçisi Teo Hernandes "Milan"ı tərk edə bilər.
Bizim.Media "Tuttosport"a istinadən xəbər verir ki, Teo "Mançester Yunayted"ə keçmək ehtimalına malikdir.
Belə ki,"qırmızı şeytanlar" artıq fransalının transferi üçün hərəkətə keçib. Artıq tərəflər arasında ilkin danışıq da olub.
İngiltərə klubu 27 yaşlı futbolçu üçün 60 milyon avronu qışda ödəməyə hazırdır.
Bu mövsüm Teo 18 oyuna çıxıb, 2 qol vurub və 2 asist edib.
Qeyd edək ki, Hernandes 2019-cu ildən “Milan”da oynayır. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media