Ronaldo Nazario Braziliya futbolunun nüfuzunu bərpa etmək üçün addım atmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, "Valyadolid" klubunun sahibi "Globo Esporte"nin efirində gələn il Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti vəzifəsinə namizədliyini irəli sürməklə bağlı qərarını açıqlayıb.
Ronaldo ölkəsində təbliğat aparmaq və futbolu dəyişmək üçün Braziliyanı gəzəcəyini bildirib.
O, “Valyadolid”in satışını da yaxın vaxtlarda həll edəcəyini bildirib:
“Biz çox yaxın zamanda mümkün satışla bağlı danışıqlar aparırıq və bunu həll edəcəyik.
Bu mənim namizədliyimə mane olmayacaq”.
Braziliyalı əfsanə CBF prezidentliyinə seçki prosesinin açıq olması ilə Ednaldo Rodrigezin yerinə namizədliyini irəli sürüb.
“CBF prezidenti vəzifəsinə namizədəm. İnanılmaz planlarım var və səsvermədən əvvəl hər kəslə şəxsən danışmaq istəyirəm. Bunun üçün Braziliyaya gedəcəyəm", - deyə "El Fenomeno" bildirib.
Xüsusilə Braziliya millisinin uğursuzluqlarını vurğulayan Ronaldo sözlərinə belə davam edib:
“Yüzlərlə səbəbim var, amma ən böyüyü odur ki, Braziliya futbolu yenidən bütün dünyada hörmətlə qarşılansın. Küçədə başıma gələn ən qəribə hadisə odur ki, insanlar məni dayandırıb yenidən millidə oynamağımı xahiş edirlər. Çünki Braziliya millisində vəziyyət heç də yaxşı deyil, həm meydanda, həm də meydandan kənarda”.
Rəşad Rafiqoğlu, Bizim.Media