"Vaqif Cavadovu burada görmək çox xoş oldu. Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 17-ci turunda bu gün "Sumqayıt"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, komandasının 5:0 hesablı qələbəsini belə şərh edib: "Zədəlilərimiz çoxdur. Müdafiədə çatışmazlıqlarımız var idi. Bu gün Bədavi Hüseynov da əzələsində ağrı hiss etdi. İstəyirik ki, futbolçularımızı istirahətə sağlam buraxaq. Amma əfsuslar olsun ki, tam alınmır. Bu, məni bir az narahat edir. Xeyli rotasiyalar, yerdəyişmələr etdik. Səhvlərimiz yenə var. Eyni oyunçular eyni mövqe səhvləri edir. Bu da yorğunluqla bağlıdır. İlin sonudur, yəqin çoxu istirahət haqda düşünür. Azarkeşlərimizə təşəkkür edirəm. Bu soyuq havada bizimlə oldular".
Q.Qurbanov məcburiyyətdən müdafiənin mərkəzində çıxış edən Toral Bayramovun oyunu ilə bağlı da danışıb: "Toral oyun tərzinə baxanda hazırda müdafiəçilərin içində ən uyğunudur. Təki digərləri sağlam olsun və belə bir ehtiyacımız olmasın. Toralın hücumu başlamaq qabiliyyəti var, onun ötürmələri daha dəqiqdir. Lazım olduqda onu orada istifadə edə bilərik".
"Qarabağ"ın çalışdırıcısı bu qış mərkəz müdafiəçisi transfer etmək istədiklərini də bildirib: "Hər mövqe üçün axtarışlar gedir. Xüsusilə mərkəz müdafiəçisi mövqeyi üçün ciddi axtarışdayıq. Daxili çempionatda da maraqlandığım futbolçular var".
Bizim.Media
- A-
- A
- A+
İdman
22:34 / 16.12.2024
"Mərkəz müdafiəçisi mövqeyi üçün ciddi axtarışdayıq" - Qurban Qurbanov
Hazırda oxunan: "Mərkəz müdafiəçisi mövqeyi üçün ciddi axtarışdayıq" - Qurban Qurbanov
Hazırda oxunan: "Mərkəz müdafiəçisi mövqeyi üçün ciddi axtarışdayıq" - Qurban Qurbanov
225575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.