"Qarşıdakı iki il ərzində antidopinq sahəsində fəaliyyətimizi uğurla yerinə yetirmək niyyətindəyik".
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə deyib.
AMADA rəsmisi Bakıda keçirilən "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfransın önəmli tədbir olduğunu bildirib:
"Bu, 2024-cü ildə üçüncü konfransımızdır. Hazırda siyasətçiləri, elmi işçiləri, başqa ölkələrin milli antidopinq agentliklərinin nümayəndələrini bir araya yığmışıq. Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Bu iki il ərzində fəaliyyətimizi uğurla yerinə yetirmək istəyirik. 2024-cü ildə test sahəsində planı uğurla yerinə yetirmişik. Yekun rəqəmləri 2025-ci ilin yanvarında açıqlayacağıq".
Bizim.Media
- A-
- A
- A+
İdman
11:38 / 16.12.2024
Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib
Hazırda oxunan: Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib
Hazırda oxunan: Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib
225464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.