Kilan Lebon gələcəyi ilə bağlı gözlənilməz qərar verib.
Bizim.Media xəbər verir ki, Sent Martin yığmasının oyunçusu "Neftçi"dən getməyə hazırlaşır.
27 yaşlı hücumameylli yarımmüdafiəçi bu istəyi barədə klub funksionerlərini məlumatlandırıb.
O, uğursuz mövsüm keçirməsi səbəbindən Azərbaycanı tərk etmək niyyətində olduğunu söyləyib. Lebon özünü göstərməyə çətinlik çəkdiyini, bu qeyri-müəyyənliyin nə vaxtadək davam edəcəyini bilmədiyini, yaxın gələcəklə bağlı pessimistliyə qapıldığını, kontraktını qarşılıqlı razılıq əsasında pozmağı düşündüyünü diqqətə çatdırıb.
Lebon 2023-cü ilin yanvarından ölkəmizdə legioner həyatı yaşayır. Onunla həmin vaxt 1,5+1 illik müqavilə bağlanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:34 / 15.12.2024
Bu legioner “Neftçi”dən getmək istəyir
Hazırda oxunan: Bu legioner “Neftçi”dən getmək istəyir
Hazırda oxunan: Bu legioner “Neftçi”dən getmək istəyir
225345
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.