Türkiyə klubunda baş məşqçi İSTEFASI

Türkiyə klubunda baş məşqçi İSTEFASI

Hazırda oxunan: Türkiyə klubunda baş məşqçi İSTEFASI

225295

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Bizim.Media xəbər verir ki, "Sivasspor" Bülənt Uyqunla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Super Liqanın 16-cı turunda "Bodrum"a 0:2 hesabı ilə məğlub olduqdan sonra 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Bülənt Uyqun bu ilin yanvar ayında "Sivasspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda ölkə çempionatında 16 turdan sonra 18 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO