Misli Premyer Liqasının XVII turunda bu gün “Şamaxı” və “Səbail” komandaları arasında keçirilməli olan açılış oyunu əlverişsiz hava şəraitinə baxmayaraq təxirə salınmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Şamaxı” klubun mətbuat xidməti məlumat yayıb.
Matçın oynanılacağı Şamaxı şəhər stadionunda hazırda qardan təmizləmə işləri davam edir.
Qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi saat 14:00-da start götürəcək.
Bizim.Media