Kompani Keynin zədəsindən danışdı

Kompani Keynin zədəsindən danışdı

Hazırda oxunan: Kompani Keynin zədəsindən danışdı

223607

"Bavariya"nın baş məşqçisi Vinsent Kompani hücumçu Harri Keynin zədəsi ilə bağlı danışıb.

Bizim.Media Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, o bildirib ki, ingiltrəli hücumçunun bu ayın sonuna qədər meydana qayıtmaq ehtimalı da var:

“Proqnoz vermək çətindir, amma onun bu il də oynayacağı ehtimalı var. Lakin ilkin tibbi rəyə əsasən bir neçə oyunu buraxacaq. Onu tam əvəz edə bilmərik. Çünki top oyunçudur. Lakin biz bu vəziyyətdən başqa çıxış yolu tapacağıq”.
 

Əvvəllər 31 yaşlı futbolçunun Bundesliqanın 12-ci turunda Dortmund "Borussiya"sı ilə matçda bud əzələsi dartılması səbəbindən ən azı iki həftə meydana çıxa bilməyəcəyi barədə məlumat yayılmışdı.


Keynin dekabrın 10-da Çempionlar Liqasının 6-cı turunda "Şaxtyor"la qarşılaşmanı buraxacağı isə dəqiqdir.

Qeyd edək ki, Harri Keyn bu mövsüm "Bavariya"da ümumilikdə 24 oyunda 23 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO