UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib

UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib

Hazırda oxunan: UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib

223475

UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib.

Bizim.Media xəbər verir ki, buna Azərbaycan çempionunun Bakıda "Ayaks"a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.

"Köhlən atlar" "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərə) görə 14000 avro ödəyəcək.

Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olduğu üçün isə 12000 avro cərimələnib.

UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. "Qarabağ"ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub.

Bundan əlavə, digər futbolçular - Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.

Xatırladaq ki, UEFA daha əvvəl, mövsümün əvvəlində "Qarabağ"ı 28500 avro cərimələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO