Türkiyə Superliqasında 14-cü tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, bu gün "Fənərbağça" öz meydanında "Qaziantep"lə qarşılaşıb. Oyun İstanbul klubunun qələbəsi ilə başa çatıb - 3:1.
"Hatayspor" - "Beşiktaş" matçında isə qalib müəyyənləşməyib - 1:1.
"Fənərbağça" - "Qaziantep" - 3:1
Qollar: Aydın, 3 (1:0), Okereke, 41 (1:1), Rodriqo, 78 (2:1), Dzeko, 89 (3:1)
"Hatayspor" - "Beşiktaş" - 1:1
Qollar: Sağlam, 29 (1:0), İmmobile, 41 (1:1)
Turnir cədvəlinə 35 xalla "Qalatasaray" (13 oyun) başçılıq edir. "Fənərbaxça" (13) 32 xalla 2-ci, "Samsunspor" (14) 29 xalla 3-cü, "Eyyüpspor" (14) 23 xalla 4-cü, "Beşiktaş" (13) 22 xalla 5-cidir.
Bizim.Media