"Mançester Yunayted"in sabiq məşqçisi Erik Ten Haqa ödədiyi təzminatın məbləği bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
İngiltərə klubu 54 yaşlı mütəxəssisə və onun köməkçilərinə 10.4 milyon funt sterlinq məbləğində təzminat ödəyib.
Qeyd olunur ki, Mançester təmsilçisi son 10 ildə 70 milyon funt sterlinq məşqçilərin və işçilərin təzminatına xərcləyib.
Xatırladaq ki, daha öncə "Mançester Yunayted" Erik Ten Haqı istefaya göndərib. Onu bu vəzifədə "Sportinq"in sabiq baş məşqçisi Ruben Amorim əvəz edib.
Bizim.Media