Türkiyənin “Adana Dəmirspor” klubunun hücumçusu Abat Aymbetov karyerasını Azərbaycanda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, “Turan-Tovuz” Qazaxıstan millisinin də şərəfini qoruyan 29 yaşlı futbolçunun keçidində maraqlıdır.
Tovuz təmsilçisinin çalışdırıcısı Kurban Berdiyev onu mövsümün əvvəlində komandaya gətirmək istəsə də, sonradan “transfer pəncərəsi” başa çatana qədər müqavilə bağlana bilməyib. Komanda qışda bu məsələni rəsmiləşdirə bilər.
Qeyd edək ki, Aymbetovun “Adana Demirspor”la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media