Minifutbol üzrə Azərbaycan çempionatında VII tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun ikinci günündə 4 qarşılaşma baş tutub.
Bu matçlarda 26 qol vurulub.
Çempionatın lideri “Birbaşa Bakı” ardıcıl 7-ci qələbəsini “Star Bakı” üzərində qazanıb. Günün ən məhsuldar oyununda autsayder “Şamaxı” “Sumqayıt”a 9 cavabsız qolla uduzub. Qeyd edək ki, turun digər oyunları noyabrın 20-də keçirilib.
Azərbaycan çempionatı
VII tur
21 noyabr
“Sumqayıt” – “Şamaxı” – 9:0
“AzNur” – “Siyəzən” – 6:0
“Qalaksi” – “Atəşgah Suraxanı” – 4:1
“Star Bakı” – “Birbaşa Bakı” – 1:4.
Bizim.Media