İtaliya millisinin üzvü Stefan El Şaaravi "Roma"da qalacaq.
Bizim.Media “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “canavarlar” yarımmüdafiəçiyə müqavilə ilə müqaviləsini uzatmaq istəyir.
32 yaşlı vingerin hazırkı müqavilənin müddəti mövsümün sonuna qədərdir.
Eyni zamanda o, maliyyə güzəştlərinə getməyə hazırdır. Bu mövsüm futbolçu "Roma”nın heyətində 10 oyun keçirib, 2 qol vurub və 1 asist ötürmə edib.
El-Şaaravi “Cenoa”, “Padova”, “Milan”, “Monako”, “Şanxay Şenxua” klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media