Mayın 24-də Azərbaycan kubokunun final mərhələsi keçiriləcək. "Keşlə" və "Sumqayıt" komandaları son mərhələdə üz-üzə gələcəklər.
Artıq final görüşünün bütün təyinatları müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı bu haqda məlumat yayıb.
Mayın 24-də "Bank Respublika Arena"da "Keşlə" və "Sumqayıt" komandaları arasında keçiriləcək görüş FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
Azərbaycan Premyer Liqasında son turun "Neftçi" - "Qarabağ" matçının baş hakimi olmuş digər beynəlxalq dərəcəli hakim Elçin Məsiyev bu dəfə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
24 may (bazar ertəsi)
19:30. "Keşlə” – "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Bank Respublika Arena”.
Final mərhələsində hansı klub daha şanslıdır sualına isə futbol ekspertlərinin əksəriyyətinin cavabı “Sumqayıt” olub. Amma bildiriblər ki, bu futboldur, istənilən matçın taleyini bir top, 22 oyunçu və 90 dəqiqə həll edir. Təbii ki, bəzən hakimin də “yardımı” olur.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:15 / 23.05.2021
Azərbaycan kuboku Sumqayıta gedə bilər – EKSPERT RƏYİ
Hazırda oxunan: Azərbaycan kuboku Sumqayıta gedə bilər – EKSPERT RƏYİ
Hazırda oxunan: Azərbaycan kuboku Sumqayıta gedə bilər – EKSPERT RƏYİ
22074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.