“Qalatasaray”da ciddi İTKİ

“Qalatasaray”da ciddi İTKİ

Hazırda oxunan: “Qalatasaray”da ciddi İTKİ

220562

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib. İstanbul təmsilçisinin müdafiəçisi İsmail Yakobs sıradan çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Seneqallı futbolçu Super Liqanın 12-ci turunun "Samsunspor"la matçında ayağından zədələnib. 25 yaşlı sol cinah müdafiəçisi 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Qalatasaray" İsmail Yakobsu mövsümün əvvəlində "Monako"dan transfer edib. Seneqal millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO