Azərbaycanın kiçikyaşlı yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatını 5 medalla başa vurublar.
Azərbaycan Taekvondo Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yarışda Dərya Hüseynova (24 kiloqram) və Esmanur Azayeva (36 kiloqram) qızıl, Şahin Abdullayev (48 kiloqram) və Aliyə Məmmədli (+57 kiloqram) gümüş, Yusif Zeynallı (52 kiloqram) isə bürünc medal qazanıblar.
Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan D.Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseynovun qızıdır.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:34 / 11.11.2024
Vətən müharibəsi şəhidinin taekvondoçu qızı Avropa çempionu oldu – FOTO
Hazırda oxunan: Vətən müharibəsi şəhidinin taekvondoçu qızı Avropa çempionu oldu – FOTO
Hazırda oxunan: Vətən müharibəsi şəhidinin taekvondoçu qızı Avropa çempionu oldu – FOTO
220189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.