PSJ Messi ilə bağlı bu məlumatı TƏKZİB ETDİ

PSJ Messi ilə bağlı bu məlumatı TƏKZİB ETDİ

Hazırda oxunan: PSJ Messi ilə bağlı bu məlumatı TƏKZİB ETDİ

220183

Fransanın PSJ klubu Lionel Messinin komandanı tərk edəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.

 

Sfera.az xəbər verir ki, Paris təmsilçisinin yaydığı açıqlamada baş məşqçi Kristof Qaltyenin səsləndirdiyi fikirlər təkzib olunub.

 

Bildirilib ki, 57 yaşlı mütəxəssis vəziyyəti düzgün ifadə etməyib: "O, "Klermon"la matçın Messi və PSJ üçün cari mövsümdə sonuncu olacağını nəzərdə tutub".

 

Qeyd edək ki, Lionel Messi 2021/2022 mövsümünün əvvəlində İspaniya "Barselona"sından PSJ-yə keçib. Cari mövsüm 40 oyunda meydana çıxan argentinalı forvard 21 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO