Misli Premyer Liqasının 13-cü turunun "Qarabağ"la oyununda (4:0) zədə ucbatından millinin toplanışından da kənar qalan “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadənin durumu bəlli olub.
Bizim.Media xəbər verir ki, qəsəbə klubunun futbolçusunun zədəsi ciddidir.
Matçın 77-ci dəqiqəsindən sonra zədə aldığı üçün meydanı tərk edən “qartallar”ın hücumçusu bu gün MRT-dən keçəcək, lakin ən azı iki həftə komanda ilə məşq edə bilməyəcəyi gözlənilir.
Xatırladaq ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş zədə səbəbindən Əhmədzadəni "Qarabağ"ın hücumçusu Musa Qurbanlı ilə əvəzləyib.
Rəşad Rafiqoğlu, Bizim.Media