Avropa Liqasında Liqa mərhələsinin 4-cü turunun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, azərbaycanlı futbol azarkeşlərinin maraqla gözlədiyi matçlardan biri İstanbulda olub.
Burada "Qalatasaray" İngiltərə təmsilçsi "Tottenhem"i qəbul edib. Oyun Türkiyə klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hazırkı nəticəyə görə "Qalatasaray" 10 xalla 2-ci, "Tottenhem" isə 9 xalla 6-cı pillədə qərarlaşıb.
7 noyabr
UEFA Avropa Liqası, Liqa mərhələsi, 4-cü tur
21:45. "Qalatasaray" (Türkiyə) – "Tottenhem" (İngiltərə) - 3:2
Qollar: Akgün, 6 (1:0), Lankşer, 18 (1:1), Osmihen, 31 (2:1), 39 (3:1), Solanke, 69
Qırmızı vərəqə: Vill Lankşer, 60 ("Tottenhem")
Bizim.Media