Azərbaycan idmançılarının reytinq cədvəli AÇIQLANDI

Azərbaycan idmançılarının reytinq cədvəli AÇIQLANDI

Hazırda oxunan: Azərbaycan idmançılarının reytinq cədvəli AÇIQLANDI

219584

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

Bizim.Media xəbər verir ki, noyabr üçün müəyyənləşən siyahının ilk “üçlüy”ündə dəyişiklik olmayıb.

Cədvələ yenə Olimpiya çempionu olan cüdoçu Hidayət Heydərov başçılıq edir. Onun aktivində 530 xal var.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci (500 xal) yerdə qərarlaşıb. "Üçlüy"ü digər Olimpiya çempionu, cüdoçu Zelim Kotsoyev qapayır – 430 xal.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO