"Şəhərdə nə danışdıqlarına qulaq asmırıq. Azarkeşlər sabah asan matç olacağını düçünsələr də, bu, belə deyil".
Bizim.Media xəbər verir ki, bunu "Bodo-Qlimt"in baş məşqçisi Kyetil Knutsen deyib.
O, Avropa Liqasında "Qarabağ"la keçiriləcək oyundan əvvəl mətbuat konfrasında iştirak edib. Knutsen "Qarabağ"ı qıymətləndirdiklərini bildirib:
"Molde" ilə oyundan sonra daxili müzakirələr aparmışıq. Oradan müsbət tərəfləri özümüz üçün müəyyən etmişik. Amma "Qarabağ" başqa rəqibdir. Rəqibi yaxşı tanıyırıq.
Avropada rəqibi qiymətləndirməmək olmaz. Komandaya inanmaq lazımdır. Əgər biz yaxşı oyunumuzu göstərə bilsək, Avropadakı çətin görüşlərdə belə uğur qazana bilərik".
Qeyd edək ki, "Bodo-Qlimt" - "Qarabağ" matçı sabah saat 21:45-də start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media