"Bəzi matçlarda zəif çıxış etməklə xal qazanmaq olur" - Azər Bağırov

"Bəzi matçlarda zəif çıxış etməklə xal qazanmaq olur" - Azər Bağırov

Hazırda oxunan: "Bəzi matçlarda zəif çıxış etməklə xal qazanmaq olur" - Azər Bağırov

219078

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Səbail"i 1:0 hesabı məğlub etdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

Bizim.Media xəbər verir ki, o, deyib:

"Son görüşlər komandamızın oyununda böyük ruh yüksəkliyi yaratmışdı. Düzdü, oyunumuz istədiyimiz formada alınmadı. Amma, əzm, sonadək mübarizə vardı. Meydançaya əvəzetmədən buraxdığımız futbolçular da çalışdılar özlərini ən yaxşı tərəfdən göstərsinlər.

Elə Camal Cəfərov da belə fərqləndi. Oyundan-oyuna nələrisə daha yaxşı etməyə çalışacağıq. Bəzi matçlarda zəif çıxış etməklə xal qazanmaq olur. "Turan Tovuz" ilə son görüşdə də yaxşı oynadıq, uduzduq. Təki belə nəticəli oyunumuz çox olsun, xallar yığaq. Çempionatımızda yeni nəfəsli "Kəpəz" görək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO