"Real" "Qızıl Top" mükafatının təşkilatçıları ilə əlaqəni kəsib.
Bizim.Media xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Madrid klubu sözügedən mükafatın təşkilatçısı "France Football" jurnalı ilə əlaqəni dayandırıb. Həmçinin "Real"ın UEFA ilə oyunların təşkilatından artıq heç bir məsələlərdə əməkdaşlıq etməyəcəyi bildirilir.
Buna səbəb İspaniya klubunun futbolçusu Vinisius Juniyorun mükafatı qazana bilməməsidir. "Real"da onun "Qızıl Top"u heç vaxt qazanmayacağını artıq qəbul ediblər. Futbolçu özü isə bilmir, mükafat üçün bundan artıq nə etməlidir.
Xatırladaq ki, 2024-cü ilin "Qızıl Top" mükafatını "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanmışdı. "Real" təmsilçiləri isə seçimin ədalətli olmadığını iddia edərək mərasimə gəlməkdən imtina etmişdi.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:27 / 03.11.2024
“Real”dan sərt addım
Hazırda oxunan: “Real”dan sərt addım
Hazırda oxunan: “Real”dan sərt addım
219075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.