Azərbaycan yığması Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyində növbəti medallarını qazanıb.
Bizim.Media xəbər verir ki, Əli Şükürlü (109 kq) fəxri kürsüdə yer alıb. Atletimiz birdən qaldırma hərəkətində 173 kq nəticə göstərərək Avropa birinciliyinin gümüş medalını qazanıb.
Təkanla qaldırma hərəkətində isə Əli 201 kq ağırlığı başı üzərinə qaldırıb və bu dəfə bürünc medala sahib olub. Təmsilçimiz toplam çəkidə 374 kq (173+201) nəticə ilə üçüncü yeri tutub.
Qeyd edək ki, birinciliyə ayın 4-də yekun vurulacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
09:15 / 03.11.2024
Atletimiz Avropa birinciliyində 3 medal qazandı
Hazırda oxunan: Atletimiz Avropa birinciliyində 3 medal qazandı
Hazırda oxunan: Atletimiz Avropa birinciliyində 3 medal qazandı
218998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.