Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyində final görüşlərinə start verilib.
Bizim.Media xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin üzvü Bilalhəbaşi Nəzərov (48 kq) rinqə çıxıb.
O, həlledici görüşdə Safyiddin Sabirovla (Özbəkistan) qarşılaşıb. Görüş rəqibin 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə başa çatdığından Nəzərov dünya birinciliyini gümüş medalla başa vurub.
Bu, milli komandamızın mundialda rəsmiləşən 4-cü mükafatı olub. Boksçularımızdan daha öncə Məhəmmədəli Qasımzadə (60 kq), Zidan Hümbətov (51 kq) və Aynur Mikayılova (57 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, sabah keçiriləcək final mərhələsinin ikinci günündə Əli Abdullayev (63,5 kq) də rinqə çıxacaq. O, çempionluq görüşündə Abdulaziz Jurakulovla (Özbəkistan) döyüşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
20:58 / 02.11.2024
Boksçumuz dünya birinciliyində bürünc medal QAZANDI
Hazırda oxunan: Boksçumuz dünya birinciliyində bürünc medal QAZANDI
Hazırda oxunan: Boksçumuz dünya birinciliyində bürünc medal QAZANDI
218964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.