Bu gün Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, Bakıda baş tutacaq matçda NTD “Neftçi” ilə üz-üzə gələcək.
Mövsümə uğursuz start verən hər 2 komanda ilk qələbəsini qazanmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, turun açılış matçında “Naxçıvan” “Sərhədçi”yə 83:66 hesabı ilə qalib gəlib. Sabah “Ordu” “Gəncə” ilə, “Quba” “Lənkəran”la qarşılaşacaq. Noyabrın 3-də isə “Şəki” “Sumqayıt”ı, “Abşeron” “Sabah”ı sınağa çəkəcək.
Azərbaycan Basketbol Liqası
III tur
1 noyabr
20:00. NTD – “Neftçi”
“Sərhədçi” İdman Mərkəzi
Rəşad Rafiqoğlu, Bizim.Media