Cüdo üzrə dünya reytinqində dəyişikliklər olub.
Bizim.Media xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeləri, əsasən, dəyişməz qalsa da, Murad Fətiyev (90 kq) cədvəldə yüksəlib.
Abu-Dabidə keçirilən "Böyük Dəbilqə"nin bürünc mükafatçısı bu nəticədən dərhal sonra 9-cu yerə yüksəlib, indi isə 7-ci mövqedədir. Elcan Hacıyev də iki pillə irəliləyib. Olimpiya iştirakçısı hazırda 9-cudur. Həmçinin Balabəy Ağayev (60 kq) və Zelim Tskayev (81 kq) 7-ci sırada, Uşanqi Kokauri (+100 kq) isə 10-cu yerdədir.
Millimizin liderlərin mövqeyi dəyişməz qalıb. Olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çəki dərəcələrində yenə birincidirlər.
Bizim.Media