Yurgen Kloppdan Serxio Ramosa SƏRT SÖZLƏR

Yurgen Kloppdan Serxio Ramosa SƏRT SÖZLƏR

Hazırda oxunan: Yurgen Kloppdan Serxio Ramosa SƏRT SÖZLƏR

218707

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp 2018-ci ilin Çempionlar Liqasının finalında "Real"dan Serxio Ramosun futbolçusu Məhəmməd Salahı zədələməsi haqda danışıb.

Bizim.Media xəbər verir ki, o, "Sport1" nəşrinə açıqlamasında deyib:

"Serxio Ramos doğrudanmı yaxşı insandır? O, mənim xoşladığım insan deyil. Onun etdiyi hərəkət qəddarlıq idi. Təbii ki, o, orada Salahın çiyninə nə olacağını bilə bilməzdi. Amma hamımız bilirik ki, o, Salahın zədələnməsini istəyirdi. Mən heç vaxt bu cür düşüncəni anlamamışam. Mənim komandamda heç vaxt belə futbolçular olmayıb. Olanda da hər şey edirdim ki, tez zamanda olmasınlar".

Qeyd edək ki, 2018-ci ildə Yurgen Kloppun çalışdırdığı "Liverpul" Çempionlar Liqasının finalında "Real Madrid"ə 1:3 hesabı ilə məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO