Sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

Sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

Hazırda oxunan: Sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

218412

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, Nürəddin Novruzov (61 kq) 1/8 finalda Cude Hammer (Quatemala) - Ahmet Duman (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Kənan Heybətov (70 kq) təsnifatda hindistanlı Maniş Qosvaminin müqavimətini qırmağa çalışacaq. Orxan Abasov (79 kq) 1/6 finalda Ermənistandan olan Arman Avakyanla, Abubakr Abakarov (92 kq) təsnifatda Şimali Makedoniya təmsilçisi Redjep Haydari ilə qarşılaşacaq.

Bundan əlavə, qadın güləşçilərimiz təsəlliverici görüşlərə çıxacaqlar. Alyona Kolesnik (59 kq) bu raunddakı rəqibini gözləyir, Elis Manolova isə Meysi Kilti (ABŞ) ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Dünya çempionatı dekabrın 31-də başa çatacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO