Millimiz bu gün Portuqaliya ilə QARŞILAŞACAQ

Millimiz bu gün Portuqaliya ilə QARŞILAŞACAQ

Hazırda oxunan: Millimiz bu gün Portuqaliya ilə QARŞILAŞACAQ

218255

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri AVRO-2025-in pley-off mərhələsində Portuqaliya ilə görüşəcək.

Bakıda keçirilən ilk oyunda 1:4 hesabı ilə uduzan yığmamız cavab görüşünə revanş arzusu ilə çıxacaq. Millimiz növbəti mərhələyə adlamaq üçün möcüzəyə ümid etməlidir.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə Belarus – Çexiya duelinin güclüsü ilə qarşılaşacaq.

AVRO-2025-in pley-off mərhələsi

Cavab oyunu, 29 oktyabr

23:45. Portuqaliya - Azərbaycan

Baş hakim: Şona Şukrula (Niderland)

Vizela stadionu

İlk oyun – 4:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO