Bu gün Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, ilk gündə yunan-Roma güləşçiləri mübarizə aparır. Azərbaycan 4 çəki dərəcəsinin hər birində təmsil olunur.
Dünya çempionatı
Yunan-Roma güləşi
57 kq
Üçqat dünya çempionu Eldəniz Əzizli yarışa 1/8 finaldan qoşulub. Albaniyalı Bayram Sina ilə üz-üzə gələn milli üzvü tam üstünlükə (8:0) qalib gəlib. Əzizli 1/4 finalda da eyni uğuru təkrarlayıb. O, bu dəfə çinli Haifenq Zanqdan üstün olub - 9:0. Rövşənin rəqibi Denis Florin Mihai (Rumıniya) olacaq.
63 kq
İlk mərhələdən mübarizəyə başlayan Nihat Məmmədli İldar Hafizova (ABŞ) tam üstünlükə (10:0) qalib gələrək 1/8 finala vəsiqə qazanıb. Güləşçimiz daha sonra bolqarıstanı Muslim Amayevə "tuşla" qalib gəlib. O, 1/4 finalda Hleb Makaranka (AİN) 5:0 hesabı ilə qalib gəlib.
Nihat finala gedən yolda Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək.
72 kq
Ülvi Qənizadənin 1/8 finalda Otar Abuladzeni (Gürcüstan) məğlub edib - 5:1. O, ardınca xorvatiyalı Dominik Etlingerə tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Ülvi çinli Ji Lenqlə qarşılaşacaq.
82 kq
Qurban Qurbanov təsnifat mərhələsində albaniyalı Kevin Kupini sınağa çəkib. O, rəqibinə tam üstünlüklə (9:0) qalib gələrək 1/8 finala yüksəlib. O, növbəti görüşündə isə macarıstanlı Erik Szilvassiyə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, mundiala oktyabrın 31-də yekun vurulacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:05 / 28.10.2024
Dünya çempionatı: 3 güləşçimiz FİNALDA
Hazırda oxunan: Dünya çempionatı: 3 güləşçimiz FİNALDA
Hazırda oxunan: Dünya çempionatı: 3 güləşçimiz FİNALDA
218206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.