"Mançester Yunayted"in müvəqqəti baş məşqçisi BİLİNDİ

"Mançester Yunayted"in müvəqqəti baş məşqçisi BİLİNDİ

Hazırda oxunan: "Mançester Yunayted"in müvəqqəti baş məşqçisi BİLİNDİ

218195

Bu gün Erik ten Haqla yollarını ayıran “Mançester Yunayted”ə müvəqqəti olaraq kimin baş məşqçilik edəcəyi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ten Haqı komandada Rüd van Nistelroy əvəzləyəcək.

Klubun açıqlamasında bu da bildirilib ki, "Mançester Yunayted" daimi məşqçi axtarışındadır. Xatırladaq ki, Ten Haq 2022-ci ilin aprelindən “Mançester Yunayted”ə baş məşqçilik edirdi.

Onun rəhbərliyi altında komanda 2023-cü ildə Liqa Kubokunu və 2024-cü ildə İngiltərə Kubokunu qazanıb. Bu mövsüm isə “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 14-cü yerdədir.

Qeyd edək ki, Nistelroyun son klubu PSV olub. O, ötən il Niderland təmsilçisindən ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO