"Qarabağ" - "Kəpəz" matçında hakim də səhv qərar verib, VAR da

"Qarabağ" - "Kəpəz" matçında hakim də səhv qərar verib, VAR da

Hazırda oxunan: "Qarabağ" - "Kəpəz" matçında hakim də səhv qərar verib, VAR da

218180

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Misli Premyer Liqasının 11-ci turundakı oyunlarda mübahisəli epizodlar; ı şərh edib.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlkumat yayıb.

Bildirilib ki, belçikalı mütəxəssis əvvəlcə “Turan Tovuz” – “Kəpəz” matçındakı hakim işini qitmərləndirib.

13-cü dəqiqə:

Cərimə meydançasının daxilində “Turan Tovuz”un 25 nömrəli oyunçusu (Denis Marandiçi) və “Kəpəz”in 70 nömrəli futbolçusu (Nicat Süleymanov) arasında baş verən mübarizə zamanı yaxşı mövqedə olan baş hakim “Turan Tovuz”un oyunçusunun sol ayağı ilə mümkün yüngül toxunuşunu nəzərə alaraq, penalti təyin etməmək qərarını qəbul etdi.

Hər kontakt qayda pozuntusu deyildir…

Yüngül toxunuşlara görə penalti təyin etməmək haqqında beynəlxalq təlimatları əsas tutan hakimin qərarını dəstəkləyirik.

Bu vəziyyətdə VAR mudaxiləsi edilmir.

15-ci dəqiqə:

“Turan Tovuz” komandasının 77 nömrəli oyunçusu (Veysəl Rzayev) qol vurdu və qol hakim tərəfindən təsdiqləndi.

VAR qoldan öncə mümkün əl ilə oyun qayda pozuntusu olub-olmaması ilə bağlı bütün görüntüləri yoxladı.

VAR mümkün əl ilə oyun qayda pozuntusunu görmək üçün aydın görüntülərə malik olmadığından, baş hakimin qəbul etdiyi qərarı təsdiqlədi.

56-cı dəqiqə:

“Turan Tovuz” komandasının 9 nömrəli oyunçusu (kapitan Kristian da Silva) top havada olarkən topa oynamağa cəhd etdikdə qayda pozuntusu etdi. Hakim qayda pozuntusunu qeydə aldı və vərəqə göstərmədi. Çünki “Turan Tovuz”un futbolçusu açıq-aşkar topa baxırdı. O, topa və rəqibin bədəninə təmas etdi. Təmas ayağın içi ilə aşağı intensivlikdə baş verdi. Bu, ehtiyatsız qayda pozuntusu idi və qəsdən edilməmişdi. Hakim oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmamaq qərarını düzgün qəbul etdi. Oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmaq üçün qaydalar aydındır - qayda pozuntusu açıq-aşkar və düşüncəsiz manerada olmalıdır (“Turan Tovuz” komandasının 9 nömrəli oyunçusu 55-ci dəqiqədə sarı vərəqə aldı).

"Qarabağ" - "Şamaxı"

48-ci dəqiqə:

Hakim “Qarabağ” komandasının lehinə penalti qərarını verir. VAR görüntüləri izləyir və hakimin qərarını təsdiqləyir. Bu, səhv qərardır. Mübarizə zamanı hücumçu topa oynayır, lakin müdafiəçi də topa toxunur. Bu epizodda VAR müdaxiləsi gözlənilirdi.

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" matçının baş hakimi Cavid Cəlilov olub. Oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO