Dünyanın ən yaxşı məşqçisi adına NAMİZƏDLƏR – SİYAHI

Dünyanın ən yaxşı məşqçisi adına NAMİZƏDLƏR – SİYAHI

Hazırda oxunan: Dünyanın ən yaxşı məşqçisi adına NAMİZƏDLƏR – SİYAHI

218110

Dünyanın ən yaxşı klub məşqçisi adına namizədlər bəlli olub. 

Bizim.Media xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ilin mükafatlarına iddiaçıları açıqlayıb. 

Kişilərdən ibarət klubların məşqçiləri arasında ən yaxşı olmağa 20 namizəd var: 

Karlo Ançelotti, Edin Terziç, Tomas Tuxel, Luis Enrike, Pep Qvardiola, Mikel Arteta, Dieqo Simeone, Unay Emeri, Xabi Alonso, Simone İnzaqi, Can Pyero Qasperini, Dario Rodrigez, Marselo Qalyardo, Artur Jorge, Qabriel Milito, Gilyermo Almada, Marsel Koller, Ernan Krespo, Jorge Jesus, Albert Riera.

Qadın komandalarını çalışdıran mütəxəssislərdən 10-u mükafata namizəddir: Sonya Bompastor, Artur Elias, Conatan Qiraldez, Emma Hayes, Aleksander Straus, Seb Hines, Xuan Amoros, Milaqros Martines, Xuan Karlos Kaço, Cerri Tsabalala.

Qeyd edək ki, ən yaxşılar İFFHS-in ölkələr üzrə nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO