4 güləşçimiz dünya çempionatının ilk günündə mübarizə aparacaq

4 güləşçimiz dünya çempionatının ilk günündə mübarizə aparacaq

Hazırda oxunan: 4 güləşçimiz dünya çempionatının ilk günündə mübarizə aparacaq

218097

Azərbaycan dörd yunan-Roma güləşçisi bu gün Albaniyanın paytaxtı Tiranada start götürəcək dünya çempionatında mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, üçqat dünya çempionu Eldəniz Əzizli (55 kq) 1/8 finalda Almaniya təmsilçisi Bayram Sina ilə üz-üzə gələcək.

Nihat Məmmədli (63 kq) təsnifat mərhələsində İldar Hafizovla (ABŞ) güləşəcək.

Ülvü Qənizadə (72 kq) 1/8 finalda Otar Abuladze (Gürcüstan) - Dariuş Atilla Vitek (Macarıstan) cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
 

Nəhayət, Qurban Qurbanov (82 kq) təsnifat mərhələsində Kevin Kupi (Albaniya) ilə qarşılaşacaq.


Qeyd edək ki, dünya çempionatı oktyabrın 31-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO