Güləşçilərimiz dünya çempionatında 8 medal qazandılar

Güləşçilərimiz dünya çempionatında 8 medal qazandılar

Hazırda oxunan: Güləşçilərimiz dünya çempionatında 8 medal qazandılar

218080

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında güləşçilərimiz 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazandılar.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Məlumatda deyilir:

"Jalə Əliyeva tarixi uğura imza ataraq, Azərbaycan qadın güləşində U-23 dünya çempionu olan ilk idmançımız ünvanına sahib olub. Bu yarışda, həmçinin Maqomed-Başir Xaniyev qızıl, Rəşad Məmmədov, Ruslan Abdullayev və Arseniy Djioyev gümüş, Nihad Quluzadə, Xasay Həsənli və Cəbrayıl Qadjiyev bürünc medal qazandılar.

Güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik.

Böyüklər kateqoriyasına keçid dövründə qazanılmış bu nailiyyətlər gələcək perspektivlərdən xəbər verir və növbəti yarışlarda da uğurlu nəticələrə inam yaradır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO