"Mançester Yunayted" səfərdə "Vest Hem"ə uduzdu - VİDEO

"Mançester Yunayted" səfərdə "Vest Hem"ə uduzdu - VİDEO

Hazırda oxunan: "Mançester Yunayted" səfərdə "Vest Hem"ə uduzdu - VİDEO

218061

İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 9-cu turunun "Vest Hem Yunayted" və "Mançester Yunayted" komandalarının qarşılaşdığı matç başa çatıb.

Bizim.Media xəbər verir ki, komandalar Londonda qarşılaşıblar. Matçı Devid Kutun başçılıq etdiyi hakimlər briqadası idarə edib. "Vest Hem" güclü rəqibini 2:1 hesabı ilə məğlub edib.
 

74-cü dəqiqədə "Vest Hem"in hücumçusu Krisensio Sammervill hesabı açıb. "Mançester Yunayted"in cavab qoluna 81-ci dəqiqədə yarımmüdafiəçi Kazemiro imza atıb. 90+2-ci dəqiqədə meydan sahiblərinə qələbə qazandıran qolu Carrod Bouen vurub.


Keçirilən doqquz matçdan sonra "Vest Hem" 11 xalla İPL-in turnir cədvəlində 13-cü yerdədir. "Mançester Yunayted" isə eyni sayda oyundan sonra 11 xalla 14-cü yerdə qarşılaşıblar.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO