Bu gün Azərbaycan Basketbol Liqasının A və B qrupunda növbəti oyunlar keçiriləcək.
Bizim.Media xəbər verir ki, hər 2 matç Bakıda baş tutacaq.
İlk turda “Sabah”a uduzan “Sərhədçi” NTD-ni məğlub edən “Abşeron”u sınağa çəkəcək. Ötən tur “Sumqayıt”dan üstün olan “Ordu” isə ilk oyununda “Quba”ya qalib gələn “Şəki”i ilə qarşılaşacaq.
Qeyd edək ki, A qrupunda II turun ilk görüşündə “Naxçıvan” NTD-yə 72:71 hesabı ilə qaıib gəlib. B qrupunun ilk matçında isə “Lənkəran” “Sumqayıt səfərində ilk qələbəsini qazanıb - 93:71. Oktyabrın 26-da “Ordu” – “Şəki”, “Sərhədçi” – “Abşeron” görüşləri keçiriləcək. Tura oktyabrın 27-də “Neftçi” - “Sabah”, “Gəncə” – “Quba” matçları ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
II tur
26 oktyabr
B qrupu
12:30. "Ordu" - "Şəki" - 104:84 (26:19, 31:19, 25:27, 22:19)
Bakı İdman Sarayı
19:00. "Sərhədçi" – “Abşeron” - 58:46 (21:17, 23:13, 14:16, 0:0)
Sərhədçi İdman Mərkəzi
Rəşad Rafiqoğlu, Bizim.Media