Ölkələrin UEFA reytinqi açıqlanıb.
Bizim.Media xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlar siyahıda ciddi dəyişikliklərə səbəb olub.
Yunanıstan, Danimarka, Şotlandiya, Macarlstan, İslandiya, Bosniya və Herseqovina, Uels kimi ölkələr cədvəldə irəliləyişə nail olub. İsveçrə, İsrail, İsveç, Slovakiya, Latviya, Farer adaları, Qazaxıstan, Gürcüstan isə geriləyib.
Azərbaycanın mövqeyi dəyişməz qalıb.
“Qarabağ” “Ayaks”a 0:3 hesabı ilə uduzsa da, hesabında 19,125 xal olan ölkəmiz Avropada 28-ci pillədə qalıb. Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 94,303 xal.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
10:51 / 25.10.2024
Azərbaycanın UEFA reytinqində mövqeyi DƏYİŞMƏDİ
Hazırda oxunan: Azərbaycanın UEFA reytinqində mövqeyi DƏYİŞMƏDİ
Hazırda oxunan: Azərbaycanın UEFA reytinqində mövqeyi DƏYİŞMƏDİ
217701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.