Niderlandın "Ayaks" klubu Avropa Liqası Liqa fazasının 3-cü turu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.
Bizim.Media xəbər verir ki, Amsterdam təmsilçisinin baş məşqçisi Françesko Farioli matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komandanız niyə oyunqabağı məşq üçün “Neftçi Arena”nı seçdi?
- Plan belə idi. Biz adətən diqqəti cəlb etmək üçün yox, başqa stadionda sərbəst məşq etməyi xoşlayırıq.
- Sabahkı matç haqqında nə düşünürsünüz?
- Rəqibimizi təhlil etmişik. “Qarabağ” güclü rəqibdir, bir çox titulları var. Futbolçuları ilə maraqlanırdım. Mən Türkiyədə işləmişəm, ona görə də Azərbaycan haqda məlumatlıyam. Çünki bu ölkələr bir-birinə yaxındır. Kadr itkilərimiz var, Bakıya tam heyətlə gəlməmişik.
- “Qarabağ”ın heyətində ən çox nədən ehtiyat edirsiz?
- Bəzi futbolçuları fərdi şəkildə öyrəndik. Dinamik komandadır. Son dəqiqələrdə uduzduqları “Bayer”lə oyunu diqqətə çatdırardım.
- Sabah hansı nəticəni gözləyirsiniz?
- “Qarabağ”ın güclü və zəif tərəflərini analiz edirik. Biz daha yaxşı olmaq və layiqli xallar qazanmaq istəyirik.
- Zehni olaraq uduzmağa hazırsınız?
- Futbolda hər şey ola bilər. Amma biz öz oyunumuza və nəticəyə köklənmişik. Sabah sürpriz olarsa, növbəti oyunlara hazırlaşacağıq.
- Bakıya “Ayaks”ın çoxsaylı azarkeşləri gəlib. Onlara nə demək istərdiniz?
- Bu haqda eşitmişəm. Bura gəlmək ucuz deyil, üstəlik çox pul xərcləməli oldular. Biz onlara bir jest etmək və qələbə ilə təşəkkür etmək istəyirik.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:43 / 23.10.2024
“Ayaks”ın baş məşqçisi: “Qarabağ” güclü rəqibdir”
Hazırda oxunan: “Ayaks”ın baş məşqçisi: “Qarabağ” güclü rəqibdir”
Hazırda oxunan: “Ayaks”ın baş məşqçisi: “Qarabağ” güclü rəqibdir”
217500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.