Kişi basketbolçulardan ibarət “Sabah” klubu bu gün FİBA Avropa Kubokunda növbəti matçına çıxıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu İsveç “Nörçöppinq”ini qəbul edib.
Bakı təmsilçisi qrupda ilk qələbəsini qazanmaq şansını qaçırlb. Qarşılaşma həm də Rimas Kurtinaytisin komandası üçün revanş xarakteri daşıyıb. Təmsilçimiz Çempionlar Liqasının təsnifat mərhələsində isveçlilərə 71:75 hesablı məğlubiyyətin əvəzini çıxa bilməyib. Azərbaycan çempionu bu dəfə 70:74 hesabı ilə uduzub.
Qeyd edək ki, "Sabah" ilk 2 turda "Spirou" və “Marussi”yə məğlub olub.
Rəşad Rafiqoğlu, Bizim.Media